İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda şagirdin xəstəlikdən ölməsi məsələsinə aydınlıq gətirildi

Azərbaycanda doqquzuncu sinif şagirdinin vəfat etməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə Mübariz İbrahimov adına lisey məlumat yayıb.

Bildirilib ki, Mübariz İbrahimov adına liseyin doqquzuncu sinif şagirdi Nuray Üzeyir qızı Əmirli xəstəlikdən vəfat edib:

“Bununla bağlı rəsmi sosial şəbəkə hesabımızda məlumat paylaşılıb. Təəssüflər olsun ki, bir neçə sosial şəbəkə istifadəçisi və saytlar vəfat edən şagirdimizlə ad soyad oxşarlığı olan digər səhhətində problem olan şagirdi səhv salıblar. Paylaşımlarda həmin şagird haqqında məlumatlar verilib və foto, videosu paylaşılıb. Bir daha mətbuat nümayəndələrindən xahiş edirik ki, hər hansı bir məlumat verən zaman rəsmi məlumatlara istinad etsinlər. Vəfat edən şagirdimizə Allahdan rəhmət, xəstəlikdən əziyyət çəkən və müalicəsi davam edən Nuraya isə şəfa diləyirik.

Qeyd edək ki, Nuray Əmirli Cəlilabad rayonunun Hacıcavad kəndində dəfn olunub”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR