İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyəti Ersin Tatar ilə görüşüb - FOTOLAR

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyəti Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar ilə görüşüb.

Musavat.com xəbər verir ki, qarşılıqlı münasibətləri inkişaf etdirmək üçün baş tutan görüşdə Ersin Tatarın xanımı Sibel Tatar da iştirak edib.

Şimali Kiprə səfər edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin şərəfinə ziyafət də təşkil olunub.

Prezident Ersin Tatar ziyafətdəki nitqində bunları bildirib: "Biz Azərbaycan xalqının əziz qardaş və bacıları olaraq Qarabağın zəfərini böyük sevinclə qarşıladıq və Azərbaycanla münasibətlərin inkişafı, Azərbaycan xalqı ilə aramızdakı əlaqələrin daha da artması, qardaşlarımızla hər sahədə əməkdaşlıq etmək Kipr Türk xalqını sevindirir.

19f37a58-1a89-48d2-92b8-bdfc22262e42.jpg (86 KB)

Ersin Tatar daha sonra Azərbaycan xalqının yaşadığı haqsızlıqlara bənzər tale yaşadıqlarını dilə gətirib: "Rumlar tərəfindən Kipr Türk xalqının bu torpaqlardan köçməsi üçün edilənlərə hər zaman müqavimət göstərdiyimizi və bir dövlət qurduğumuzu dilə gətirmək istəyirəm. KKTC-nin dünyada qəbul edilməsi və daha da inkişafı üçün çalışmağa davam edəcəyik. Kipr türk xalqı ilə Azərbaycan xalqının eyni millətin övladları olduğunu da vurğulamaq istəyirəm. Biz bir “bir millət, üç dövlət”ik.

Şərqi Aralıq dənizində türk millətinin milli maraqları baxımından KKTC-nin əhəmiyyətinə toxunan Prezident Ersin Tatar qarşıdakı dövrdə də Azərbaycanın dəstəyinin və qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsi arzuladıqlarını bildirib.

3c0a0ced-7b1f-4a25-85cf-f8136a1c5164.jpg (80 KB)

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva da Kipr türk xalqı ilə həmfikir olduqlarını, bir millət, üç dövlət kimi gördükləri Azərbaycan xalqının qarşılıqlı mədəni əlaqələrinin inkişafı istiqamətində atılan addımların əhəmiyyətini dilə gətirib. Daha sonra Səkinə Babayeva KKTC-də olmaqdan məmnun olduqlarını ifadə edərək, onlara təşəkkür edib.

Hədiyyə mübadiləsinin də aparıldığı görüşdə prezident Ersin Tatarın həyat yoldaşı Sibel Tatar Səkinə Babayevaya “Kıbrısın öncül türk qadınları” kitabını təqdim edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR