Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 100,4 faiz, əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil edib.
Musavat.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, istehlak qiymətləri indeksi ötən ilin mart ayı ilə müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz olub.
Məlumata görə, artım düyünün, kolbasanın, təzə və dondurulmuş balığın, kərə və zeytun yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, kartofun, çayın qiymətində olub.
Azalma isə əsasən unun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, süfrə marqarininin, qarğıdalı yağının, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,0 %, ötən ilin eyni dövrünə nisbətən isə 101,1 % təşkil edib.
Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən isə 102,2 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, mehmanxanalarda gecələmə xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ