İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı artıb"- Dövlət Komitəsi

"Azərbaycanda məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb".

Musavat.com xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlər açıqlamasında deyib.
Onun sözlərinə görə, müraciətlər, əsasən, fiziki zorakılıq faktları ilə bağlıdır: "Amma mənəvi, psixoloji zorakılıq, seksual qısnama halları hələlik üstüörtülü qalır. Qadınlar bu məsələləri açıqlamaqdan çəkinirlər və ya iş yerlərini itirməkdən qorxurlar".

S.Qəhrəmanova onu da əlavə edib ki, müraciətlərin artması insanların maariflənməsi ilə bağlıdır. O bildirib ki, insanlar arasında maarifləndirmə işləri davam etdirilməlidir.

Onun sözlərinə görə, bu da hadisənin ciddi xarakter almasına və günahkarların məsuliyyətə cəlb edilməsinin gecikməsinə səbəb olur.
S.Qəhrəmanova qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin və medianın rolunu yüksək qiymətləndirib və preventiv tədbirlər görülməsini vacib hesab etdiyini bildirib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR