İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kişi dağlıq ərazidə köməksiz qaldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Ərkivan qəsəbəsində 1 nəfərin dağlıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib. 

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin mürəkkəb relyefli ərazidə keçirdiyi xilasetmə əməliyyatı nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR