İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda internetə əlçatanlıq prinsipi POZULUB

"Azərbaycanda keyfiyyətli internetə əlçatanlıq nə dərəcədə təmin edilib? BMT-nin və Dünya Bankının bunu ölçən göstəriciləri var. Bu qurumların prinsiplərinə görə, internetə əlçatanlıq yalnız texnoloji infrastrukturun mövcudluğunu, anlaşıqlı desək, evin qarşısında fiber optik kabel dirəklərinin sayının çoxluğunu nəzərdə tutmur.

Əlçatanlıq dedikdə həm də internet üçün müvafiq tarif seçimi imkanlarından, şəffaflıqdan, təhlükəsizlikdən söhbət gedir. BMT isə hətta son illər internetə əlçatanlıığı insanların əsas fundamental hüquqlarından biri olaraq qəbul edib. Son 2-3 ildə RİNN tərəfindən dövlət-özəl provayderlərlə birgə aparılan nəhəng infrastruktur işlərini nəzərə alsaq, 15 avqustadək Azərbaycanda keyfiyyətli internetə əlçatanlığın təmin edildiyini birmənalı olaraq demək olardı. Lakin 15 avqustdan sonra ölkədə internetə əlçatanlıqla bağlı suala birmənalı cavab vermək mümkün deyil. Xüsusilə də regionlarda, yalnız "Aztelekom" dövlət provayderinin və təbii inhisarçının hökmranlıq etdiyi yerlərdə artıq internetə əlçatanlıq prinsipi pozulub".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

osman.jpg (66 KB)

"Əgər insanların internet üçün ağlabatan tarif seçimi imkanı yoxdursa, bu səbəbdən internetdən imtina edirsə, "şərikli internet"ə üstünlük verirsə, o zaman adını çəkdiyim qurumların prinsiplərinə görə ölkəmizdə keyfiyyətli "əlçatan internet"in olması şübhə doğurur.

Ümid edirəm, RİNN, Beynəlxalq Reytinqləri ölçən Komissiya, Ombudsman, Antiinhisar da bunun fərqindədir. Dünya Bankı da bu günlərdə bununla bağlı anonim sorğulara başlamalıdır. BMT-nin "elektron hazırlıq" üzrə qiymətləndirmələri olacaq" - deyə ekspert bildirib.

O əlavə edib ki, regionlarda internetdən imtina edənlərin və şərikli internet seçənlərin çox olduğu bildirilir:

""Aztelekom", İKTA bunların sayı haqqında məlumat açıqlamayıb.

Müşahidələr göstərir ki, problemlə bağlı Antiinhisara və İKTA-ya çoxsaylı şikayətlər göndərilib.

Xatırladıram ki, internet tariflərilə bağlı "seçim imkanının pozulması" və "kartel sövdələşməsi"nin mövcudluğu ilə bağlı Antiinhisarın araşdırması hələ də davam edir.

Yeri gəlmişkən, bu günlərdə Antiinhisarın statusu da gücləndirilib, qurum Prezident yanında Dövlət Agentliyinə çevrilib".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR