İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ilk – UNEC-də Beynəlxalq Mini MBA Proqramına start verildi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Synergia Academy və Türkiyənin Sabancı Universiteti (EDU) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən Beynəlxalq Mini MBA Proqramına start verilir.

Musavat.com xəbər verir ki, proqram beynəlxalq təcrübəyə əsaslanan, real biznes mühitində tətbiq oluna biləcək praktiki bacarıqları əhatə edən unikal tədris modelidir. Mini MBA proqramı uzunmüddətli təhsil öhdəliyi olmadan biznes sahəsində dərindən və effektiv şəkildə biliklərini artırmaq istəyən sahibkarlar, orta və yüksək vəzifəli mütəxəssislər üçün nəzərdə tutulub.

Proqramın tərkibi biznesin əsas istiqamətlərini əhatə edən 9 moduldan ibarətdir. Təlimlər real bazar təcrübəsinə əsaslanan yanaşma ilə təqdim olunacaq və iştirakçılara yeni şəbəkələşmə imkanları, bilik və bacarıqlar qazandıracaq.

Tədris prosesi UNEC-in 3-cü tədris binasında (Murtuza Muxtarov 194) əyani formatda keçiriləcək. Dərslər yerli və beynəlxalq təcrübəyə malik peşəkarlar tərəfindən aparılacaq.

Karyerasını yeni mərhələyə daşımaq istəyənlər üçün bu proqram əvəzsiz fürsətdir.

Yerlər məhduddur. Son qeydiyyat tarixi 30 avqust 2025-ci ildir.

Qeydiyyat üçün: [email protected]

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR