İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanda ilk dəfə karantin əhəmiyyətli zərərvericilərin atlası nəşr edilib"- Nazir

FAO ilə əməkdaşlıq çərçivəsində ilk dəfə Azərbaycanda karantin əhəmiyyətli zərərvericilərin atlası nəşr edilib.

Musavat.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Bitki Sağlamlığı Forumu”da çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində “Bitki mühafizəsi” ixtisasının tədrisi həyata keçirilir.

Nazir onu da deyib ki, Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Xidmətlər Agentliyi tərəfindən bitki mühafizəsinin təşkili istiqamətində layihələr reallaşdırılır:"Bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların,  innovativ yeniliklərin aqrar sahədə tətbiqini genişləndirmək lazımdır. Bu istiqamətdə də bir sıra addımlar atılıb. Meyvəçilik rayonlarında quraşdırdığımız iqlim stansiyaları fermerlərimizə bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirmək imkanı verir. İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ sistemdir. Pilot layihə çərçivəsində 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə SMS mesaj göndərilir. Bu da fermerlərin xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri aparmasını mümkün edir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR