İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “İlin adamı” kimdir seçimi olsaydı - ilginc adlar

 

İlham Əliyev, Fazil Mustafa, Fəzail  Ağamalı, yazıçı Elçin, Fikrət Doluxanov, Tural Abbaslı...  

 “Time” jurnalı Ukrayna Prezidenti Vladimir Zelenskini “İlin adamı” elan edib. Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski bu il fevralın sonundan etibarən Rusiyanın onun ölkəsinə qarşı genişmiqyaslı işğalını dayandırmağa çalışaraq dünya səhnəsində liderə çevrilib.

Jurnal həmçinin Ukrayna xalqının cəsarətini vurğulayaraq “Ukraynanın ruhu”nu elan edib.

Yada salaq ki, 1988-ci ildə də azərbaycanlılar “İlin xalqı” adlandırılmışdı. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı siyasət nəticəsində xalq hərəkatı təşəkkül tapmışdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında uzunmüddətli mitinqlər başladıqdan sonra baş verənlər hamının yadındadır. Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.

“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında “Standing up for freedom People of the Year” sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılmışdı.

Azərbaycanda ilin adamı mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilmişdi. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülürdü. Müxtəlif vaxtlarda “İlin adamı” adına layiq görülənlər sırasında o vaxtkı Bakı meri Hacıbala Abutalıbov, Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri Alllahşükür Paşazadə, Milli Qəhrəman Mübariz İbrahimov, Tahir Salahov, Polad Bülbüloğlu və sair kimi tanınmış şəxslər almışdı. 2005-ci ildən sonra bu mükafat verilməsi dayandırıldı.   

Bəs, müxtəlif sahələrin tanınmış adamları, deputatlar öz sahələrində kimləri “İlin adamı” seçərdilər?

Ceyhun Məmmədov: “Elm və Təhsil Nazirliyinin yaradılması Azərbaycan elminin  inkişafına ciddi töhfə verəcək”

 Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov sorğumuza bu cür cavab verdi: “Hesab edirəm ki, bu məsəldə hər bir həmkarımızın həm parlamentdə,  həm də mediada ictimai fəallığı nəzərə alınmalıdır.  Bu baxımdan, həmkarlarını Fazil Mustafanı və Fəzail  Ağamalının adlarnın qeyd edə bilərəm. Çünki onlar davamlı  olaraq cəmiyyəti narahat edən məsələləri parlamentdə və mediada qaldırıblar”.

Qabil Hüseynli: “Türkiyəyə qarşı qətnamə həm də Azərbaycan əleyhinə yönəlib”

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli Prezident İlham Əliyevi “İlin adamı” kimi gördüyünü dedi: “Mən ”İlin adamı" Prezident İlham Əliyevi seçərdim. Çünki bu vaxta qədər Güney Azərbaycana bu qədər dəstək nümayiş olunmamışdı. İlham Əliyev böyük cəsarət nümayiş etdirərək, həm də xalqın ürəyindən keçənləri duyaraq bu cür davrandı və Güney Azərbaycana, Azərbaycanın daha böyük hissəsinə, zülm, işgəncə altında olan soydaşlarımıza bu cür dəstək verdi. Bu səbəbdən  mən Prezidentimizə  təşəkkür edir və onun “İlin adamı”  seçilməsini istəyərdim".

Rəşad Məcid: “Şairlərin bir-birinə kin-küdurət püskürməsi narahat etdi” –  Müsahibə

Rəşad Məcid 

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə yazıçılar arasında kimi “İlin adamı” görmək istədiyini bu cür açıqladı: “Mən ədəbiyyat sahəsində, yazıçılar arasında ”İlin adamı" xalq yazıçısı Elçini seçərdim. Ona görə ki, Elçin Əfəndiyev bu yaxınlarda Türkiyədə “Necip Fazıl” mükafatı aldı.  Ən önəmli hadisə isə o oldu ki, həmin mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona təqdim etdi. Hesab edirəm ki, bu mühüm hadisədir. Elçin Əfəndiyevin bu yaşda yenə də fəal ədəbiyyatla məşğul olmasını nəzərə alaraq, onu “İlin adamı” seçilməsini istəyərdim".  

 Elçin Mirzəbəyli: Azərbaycan diasporunun formalaşması prosesinin təməlində  Ümummilli Liderin azərbaycançılıq məfkurəsi dayanır - AZƏRTAC

 Elçin Mirzəbəyli 

Əməkdar jurnalist Elçin Mirzəbəyli isə İTV-nin əməkdaşı Fikrət Doluxanovu “İlin adamı” kimi gördüyünü dedi: “Məlum olduğu kimi, bu günlərdə Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti İTV-nin jurnalisti Fikrət Doluxanova mane olmuşdular. Jurnalist sülhməramlılara, ”bura sizin ərazi deyil" sözləri ilə cavab verib. Həmçinin qeyd edib ki, Rusiya sülhməramlıları hazırda faktiki olaraq öz mandatlarına aid olmayan işlə məşğul olurlar. Ona görə də mən şəxsən 2022-ci ildə jurnalistlər arasında Fikrət Doluxanovu “İlin adamı” seçərdim. Burada söhbət təkcə müqavimətdən getmir, söhbət bu müqaviməti peşəkar şəkildə ifadə etməkdən və baş verən hadisənin mahiyyətinə diqqət yetirmədən həm öz mövqeyini arqumentlədirərək, kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirərək, öz peşəsinin ən incə detallarına kimi icra etmək, bu işi başa çatdırmaqdan gedir.  Düşünürəm ki, son dövrlərin çox yaxşı nümunələrdən biridir.

Əlbəttə ki, həmkarlarımz arasında “İlin adamı” olmağa layiq çox insanlar var. Lakin birini seçməyə gəldikdə mən İTV-nin əməkdaşını seçərdim".

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

 Tural Abbaslı

AĞ Partiya sədri Tural Abbaslı isə siyasi səhnədə özünü “İlin adamı” gördüyünü dedi: “Siyasi səhnədə ”İlin adamı" məsələsinə fərdi yanaşma var. “İlin adamı” olmaq üçün gərək nəsə siyasi uğurların, nəticələrin olsun. Mən deməzdim ki, siyasi səhnədə “İlin adamı” adına layiq kimlərsə var. Amma kimlərsə də varsa, onlardan biri mən ola bilərdim. Çünki AĞ Partiya çox qısa bir zamanda yaranıb, 60 partiya arasında ilk üçlükdə təmsil olunur, hansı ki, həmin partiyaların əksəriyyəti illərdir fəaliyyət göstərir. Belə bir atmosferdə formalaşmaq, cəmiyyət tərəfindən tanınmaq, rəğbət qazanmaq, sıralarını genişləndirmək,  əlbəttə ki, kifayət qədər təqdirə layiq işdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR