Onlayn ictimai-siyasi qəzet
İyun və iyul aylarında, təxminən, 100-ə yaxın bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Musavat.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, nəzarət tədbirləri bundan sonra da davam edəcək. Elnur Əliyev bildirib ki, bağça müdirlərinin işə qəbulu müsabiqəsinin oktyabr ayında keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq: "Bununla məktəbəqədər təhsil müəssisələrinə rəhbər şəxslərin qəbul olunmasında da şəffaflığa nail olmaq istəyirik. Son bir ildə görülən işlər onu deməyə əsas verir ki, məktəbəqədər təhsilin inkişafında mühüm irəliləyişə nail olacağıq".
Şöbə müdiri qeyd edib ki, növbəti mərhələdə bağçlarda müəllim və direktorların diaqnostikası da aparılacaq.
Xalidə Gəray,
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ