İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşətli hadisə baş verib - 7 YARALI var - ADLAR

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı maşınla toqquşub. Nəticədə, 67 yaşlı Hüseynova Həqiqət Abdulhəmid qızı, 20 yaşlı Məmmədova Zərifə Zahid qızı,44 yaşlı Bəşirov Ramal Vaqif oğlu, 33 yaşlı Hüseynov Vasif Hüseyn oğlu, 46 yaşlı Məmmədova Ziyafət Zəkəriyyə qızı, 25 yaşlı Rəfiyev Sübhan Şahin oğlu və 72 yaşlı Allahverdiyev Teyyub Nurəddin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır./APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR