İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda COP29 zamanı bağçalar işləyəcək? - RƏSMİ AÇIQLAMA

"Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri işləsin".

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, işləyən analar üçün bağça önəmlidir:

"Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi proses üçün bu fəaliyyət üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə övladlarını özləri ilə götürür".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

09 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR