İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda canavarlar sakinlərə hücum etdilər - Xəsarət alanlar var

Şəkidə 3 nəfərə canavar hücum edib.

Bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib.

Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində isə canavar iki nəfərə hücum edib. Kənd sakini 68 yaşlı Səfərəli Hüseynəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədov xəsarət alıblar.

Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub./APA.AZ/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR