İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda anbar qazıyan şəxs bütün rayonun rabitəsini kəsdi

Biləsuvar və cənub rayonlarının rabitəsi kəsilib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb qazıntı işi aparılarkən magistral xəttin zədələnməsi olub.

Belə ki, Biləsuvar şəhəri, Azadlıq küçəsinin sakini mənzili üçün küçədə anbar qazıntısı apararkən ərazidən keçən, Biləsuvar və cənub rayonlarının rabitəsinə xidmət edən magistral xətti zədələyib.

Biləsuvar Telekommunikasiya Qovşağının kollektivi səhər saatlarında baş verən qəzanı aradan qaldırmaq üçün çalışır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR