İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ağır qəza - 6 nəfər xəsarət alıb

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Musavat.com “report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Əliyeva Qətibə Həmd qızı, Ağcabədi rayon sakinləri, 1995-ci il təvəllüdlü Musayeva Günel Təşkilat qızı, onun oğlu, 2021-ci il təvəllüdlü Musayev Nurlan Şamil oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR