İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 4.3 faizlik iqtisadi artım qeydə alınıb

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 59 milyard 520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Musavat.com-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9 faiz artıb.

ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5840,7 manata bərabər olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR