Onlayn ictimai-siyasi qəzet
Goranboyda qadın itkin düşüb.
Medianews.az xəbər verir ki, bu barədə apa-ya itkin düşən qadının atası Seymur Əhmədov məlum verib.
O bildirib ki, qızı Goranboy rayonunun Faxralı kənd sakini 1996-cı il təvəllüdlü Əhmədova Rəvanə Seymur qızı martın 23 də saat 16:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda qadının axtarışları davam edir.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ