Onlayn ictimai-siyasi qəzet
İlk yayımlanma saatı: 28.11.2023 (14:51)
"Bu il 10 ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşıb".
Bunu Təhsildə Keyfiyyət təminatı üzrə Dövlət Agentliyinin sədr müavini, sədrin vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, 3 universitet isə hazırda qərarvermə mərhələsindədir:
"Bura Bakı Mühəndislik Universiteti, ADA və Azərbaycan Tibb Universiteti daxildir. Ümumilikdə bu il üçün 13 ali təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulub. Bir il sonra təkrar akkreditasiya keçiriləcək. Növbəti ildə də 13 ali təhsil müəssisəsi qrafikə salınıb".
K.Rəsulov həmçinin bildirib ki, 10 ali təhsil müəssisəsinin 3-də təkrar qiymətləndirmə aparılacaq:
"Bura Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı daxildir. Çünki həmin universitetlərdə aparılan monitorinqlərdə müəyyən çatışmazlıqların aradan qaldırılması üçün bir il vaxt verilib".
Eyni zamanda sədr müavini vurğulayıb ki, bu il xarici diplomların tanınması üçün 6 270 nəfər müraciət edib: "Onlardan 5 215-i tanınıb, 1 055 müraciətə isə müvafiq tələblərə əməl edilmədiyi üçün imtina cavabı verilib".//Report
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ