İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı 3-cü müharibə hazırlığı və “Yerkrapa” ilə bir postda “xidmət edən” Fransa jandarması

İlk yayımlanma zamanı: 27.02.2024 (17:45)

Ermənistan parlamentinin sədri Alen Simonyan etiraf edib ki, Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləmək planı var imiş. Onun sözlərinə görə, ssenarini quranlar sonda sifətində sülhməramlı ifadəsi ilə, “xoş niyyətlər”lə regiona gəlmək və ölkələrin boyunlarına ilgək atmaq niyyətində olublar.

Erməni spiker ad çəkməsə də, onun bu daşı kimə atdığı bəllidir. Amma cəsarəti çatsaydı, konkert ad çəkərdi. Bəli, Qarabağ “kart”ından on illərlə istifadə edən, “həmsədr”, “vasitəçi” qiyafəsində Azərbaycan ərazilərində ikinci “erməni dövləti”nin yaradılmasından ötrü hər cür fitnə-fəsada əl atanların kimliyi bəllidir. Onlar Azərbaycanın öz ərazilərini işğaldan azad etməməsi üçün maksimum cəhdlər göstərdilər, maneçiliklər törətdilər, hətta “Qarabağ məsələsinin hərb yolu ilə həlli yoxdur”, nağılını uydurdular. Amma Azərbaycan dövləti bütün iddiaları alt-üst etdi özünün qətiyyəti sayəsində. Bəzi qüvvələr Azərbaycan dövlət başçısının prinsipial mövqeyi ilə hesablaşmalı oldu və yollarımızı əngəlləməkdən vaz keçdi, bəziləri isə bu günədək “daş”ı ətəyindən tökməyərək böhtanlardan əl çəkmək istəmir.

 Dövlət başçısı: "Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu  birlik daimi olmalıdır"

Bəli, Rusiya da regionda növbəti eskalasiyada maraqlı görünə bilər. Məsələn, Azərbaycan ordusu “Yerkrapa”nın növbəti təxribatının qarşılığında Ermənistana növbəti dərs verir, özü də Zəngilandan vurub, Ordubaddan çıxır, Zəngəzur dəhlizini açır, yaxud Yuxarı Şorcadan tətiyi sıxan erməni təxribatçıların gözünə qara eləyir bu mövqeləri və Paşinyan komandasına “buyur, indi Avropa İttifaqı qorusun səni, görüm necə qoruyur”, desin. Axı, Ermənistan rəhbərliyi neçə ildir xalqa təlqin etməyə çalışır ki, Rusiya və KTMT onları meydanda tək qoydu. Onların sərsəm iddiasına görə, Qarabağdakı rus hərbçiləri də Xankəndidəki cinayətkar rejimi tərksilah edən Azərbaycana müqavimət göstərməli imiş. Təsadüfi deyil, məhz bunlardan sonra Ermənistan rəhbərliyi KTMT ilə münasibətlərin dondurulması siyasətini elan etdi…Amma daha dərindən düşünsək, indiki halda, yəni president seçkiləri ərəfəsində və Ukrayna ilə savaşın pik halında Rusiya özünə Qafqaz cəbhəsi açmaq istəməz, ən azı sərfəli variant deyil. Həm də Rusiya niyə özünün 2020-ci ilin 10 noyabrından başlatdığı sülhməramlı imicinə zərbə vursun ki? Ara-sıra Avropanın moderatorluğu ilə razılaşdırılan görüşlərə atılan atəşlər təbii ki, istisnadır.

 Xankəndi nə vaxt azad ediləcək? - Busaat.az

Amma faktiki olaraq eskolasiyada maraqlı olan tərəfin Qərbin bəzi təsisatlarının və ayrı-ayrı paytaxtlarının olduğunu görməkdəyik. Üçüncü Azərbaycan-Ermənistan müharibəsi Qərbə həm də Rusiyaya qarşı cəbhə açılması baxımından cəlbedici görünür. Konkretləşdirsək, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır! Bəlkə belə deyil? Elə isə Avropa İttifaqı özünün “mülki” adlandrıdığı, əslində isə mülki libaslı cəsus və hərbçi kontingentin sayını niyə ilbəil artırır? Elə sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə görüşəcəklər, sülh müqaviləsinin detalları növbəli şəkildə paytaxtlarda müzakirə olunur. Azərbaycan və Ermənistan liderlərinin Münxen görüşündən sonra müəyyən pozitiv məqamlar var. O halda Basarkeçər istiqamətindən Kəlbəcərə, Arazdəyən istiqamətindən Naxçıvan bölgəsinə açılan atəş kimin beyninin məhsuludur? İcazə verin deyək ki, bununla Ermənistandakı Qərb şəbəkəsi yeni müharibə ilə bağlı kəşfiyyatın xəbərdarlığının, ABŞ-in İrəvandakı səfirliyinin “Azərbaycanla sərhədlərə getməyin, təhlükəlidir”, anonsunun “əsassız olmadığını” təsdiqləmək istəyirlər. Həm də məqsəd təkcə bu deyil. Növbəti eskalasiya halında Ermənistanın qorunmasına “əşhədü-ehtiyac” olduğuna inandırmaq üçün əlavə arqumentlər qazanmaq niyyətləri var.

 25d69cd7-bde8-3724-a4bd-d83f34bcf672_850.jpg (89 KB)

Ötən həftə ABŞ Dövlət Departamentinin sözçüsü Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-yə üzvlüyü və İrəvanın müdafiə sahəsində atdığı addımlarla bağlı bəyanatları barədə “Amerikanın səsi” radiosunun erməni xidmətinin sorğusuna cavabında olduqca diqqətçəkən arqument irəli sürmüşdü.  “Rusiya Cənubi Qafqazda və ya başqa yerdə etibarlı və vicdanlı müttəfiq və ya tərəfdaş deyil. Biz dəfələrlə görmüşük ki, Rusiya Ermənistanın maraqlarından narahat deyil”.

İndi gəlin düşünək, görək ABŞ Dövlət Departamenti Rusiyanın “etibarlı və vicdanlı müttəfiq, yaxud tərəfdaş olmamasını” Azərbaycanla münasibətlər baxımından nə vaxtsa ifadə edibmi? Qəti şəkildə! Hətta Qərblə Rusiya arasında münasibətlərin ən gərgin çağında bu ölkələrin, xüsusən də həmsədrlərin Qarabağ separatçılarına eyni mövqedən yanaşdığını görmüşük. Gürcüstandakı separatçılarla Azərbaycandakı separatçılar arasında bərabərlik işarəsi qoymadılar heç zaman. Nə Rusiyanın 366-cı motoatıcı alayı Xocalı soyqırımında erməni cəlladlara dəstək verəndə, nə Rusiyadan Ermənistana 1 milyard dollarlıq silah hədiyyəsi göndəriləndə, nə Aprel döyüşlərindən sonra Ermənistana İskəndər-M yola salınanda Qərb Rusiyanın Azərbaycana təhdid yaratdığını ağlının ucundan da keçirtmirdi və dilə gətirmirdi. Hətta özü də tez-tələsik Ermənistanı gecəgörmə cihazları ilə təchiz etdi ki, işğalı davam etdirsin. Budur, Azərbaycan torpaqlarını azad edib, Rusiya da bu prosesdə hər hansı müdaxilə etmədiyi üçün ona qəzəb var Qərb dünyasında. Ona görə də Rusiyanı Ermənistandan qovmaqdan ötrü dəridən-qabıqdan çıxırlar.

 KİV: Ermənistanda yeni anti-Rusiya əhvali-ruhiyyəsi formalaşır

Ermənistanda Rusiya ilə özləri döyüşmək niyyətində deyillər təbii ki…Ukraynada olduğu kimi. İstəyirlər ermənilər döyüşsün, ayağa qalxıb Rusiyanı ölkədən qovsunlar, Gümrüdə Fransa, Arazdəyəndə ABŞ, Cermux tərəfdə Almaniya bazası qurulsun. Amma parallel şəkildə Azərbaycanla da müharibəni qızışdırmaq istəyirlər. Fransanın jandarma generalının Azərbaycanla şərti sərhədə, Fransa müdafiə nazirinin İrəvana gəlməsi, Parislə İrəvan arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalanması, Paşinyanın Makronla görüşdən sonar Yunanıstana səfəri…Bütün bunlar gərginliyi tətikləyən detallardır. Paralel şəkildə atəşkəs pozuntuları və Qərb mediasında anti-Azərbaycan isterikasının genişlənməsi… Niyyət bəllidir: Ermənistanın Azərbaycana qarşı hücumundan ğncə informasiya bazasını formalaşdırmaq istəyirır.

Davamlı şəkildə “Azərbaycan Ermənistana hücuma hazırlaşır” şər-böhtanı məhz növbəti eskalasiya üçün vacib elementdir. Fransa artıq Ermənistan hərbçilərinə təlim keçməyə başlayıb. Bunu iki ölkə arasında adi hərbi əməkdaşlığın nümunəsi kimi təqdim etməyə çalışsalar da, heç şübhəsiz, ortada məkrli plan var. Fransa və Ermənistanın müdafiə nazirlərinin əcaib qucaqlaşması səhnəsini gördünüzmü? Bax, iki ölkənin hərbi rəhbərliyi bu gün işbirliyi içərisindədir, yeganə məqsəd hətta Ermənistanın ağır itkilər bahasına olsa belə, hansısa mövqedən qəfil hücuma keçib, Azərbaycana “sarsıdıcı zərbə” vurmaqdır. Belə olan halda həm də Ermənistandakı ölmüş ictimai ruhu geri qaytarmaq, onları Azərbaycana “satmış” Rusiyanın əvəzinə, “xilaskar” Fransanın bu ölkədə mövcud olması zəruriliyinə inandırmaq asan olacaq. Özü də Fransa arsenalındakı bütün fənləri işə salıb. Yoxsa az qala bir əsr əvvəl ölmüş erməni döyüşçünün Parisdəki panteonda yenidən dəfn törənini təşkil etmək nəyə lazım idi? Makron hazırladığı Ermənistan ssenarisinin uğurla başa çatması üçün səylə çalışır. Paşinyanın Parisə səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirməsi də elə-belə deyildi. Hətta məlumatlar var ki, Fransa daşnaklar və revanşist qüvvələri Paşinyanla bir araya gətirməyə, onların gücünü birləşdirməyə çalışır. Faktiki olaraq bu gün erməniçilik darmadağın haldadır. Ölkəsindəki fermerlərin əlində girinc qalan Makron iş-gücünü atıb, erməni faşizminin ideyalarına sarılıb. Ermənistanın Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlarla təchiz edilməsi, Fransa hərbçilərinin Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçməsi kimi faktlar da bölgəni növbəti dəfə alova qərq etmək niyyətindən xəbər verir.

Makron təcili Parisə qayıtdı - ANS - Xəbərlər

“Həmsədrliyi”nə, “vasiçəçiliyi”nə iri bir “quş” qoyulan, masaətrafı danışıqlarda qovulan Fransanın “Tır diplomatiyası” Laçın qapısının ağzında iflasa uğradı. “Binokl diplomatiyası” da kara gəlmədi. Avropadan daşıdığı cəsuslarla nəyəsə nail olmaq istəyir. Bu işdə Ermənistan da can-başla kömək etməyə çalışır, başına dəyəcək “Dəmir Yumruğ”u görə-görə. Fransanın əsas məqsədi gərginliyi körükləmək və Azərbaycanı günahlandırmaqdır. Yəqin diqqət etdiniz, Azərbaycan Müdafiə Nazirliyi son təxribatlarla bağlı açıqlamasında bildirmişdi ki, qarşı tərəfə cavab verilməyib. Hələ ki, təmkinli davranırıq, amma bu, soncuza qədər davam edə bilməz. Ötən əsrin əvvəlindən “atan kazaklardır” deyimini unutmamışıq. Bu dəfə atəş açan qeyri-kazaklardır, heç şübhəsiz. Bəlkə də Fransa çox istəyir Azərbaycanın cavab zərbəsi nəticəsində Avropa İttifaqının cəsuslarından da kimsə ölsün…Onlara bölgədə daha çox möhkəmlənmək üçün daha çox itkilər lazımdır. 

Avropa İttifaqının müşahidə missiyası Basarkeçərə gəldi... - Fotolar Yeni  Sabah

Özü də şərti sərhədlər boyunca Qarabağ müharibəsində cinayətlər törətmiş peşəkar canilər xidmət aparır. Təsəvvür edin, “Yerkrapa” terrorçu təşkilatın üzvləri Avropa İttifaqının - əsasən da Fransanın jandarmaları - müşahidəçiləri ilə eyni postda “xidmət” edirlə. Əlavə şərhə ehtiyac varmı?.. Ötən il Dığ kəndi istiqamətində baş verən toqquşma da Avropa missiyasının təsir zonası idi…

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR