Onlayn ictimai-siyasi qəzet
Azərbaycana casusluq etməkdə şübhəli bilinən Sarkis Qalstyanın işi üzrə ibtidai istintaq başa çatıb.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Ermənistan İstintaq Komitəsi iddia edib ki, 2020-2023-cü illərdə o, Qarabağın əhalisi, Ermənistan və Qarabağın qondarma “hakimiyyət orqanları”nın mövqeləri, silahlı hücum zamanı mümkün müqavimətin dərəcəsi və digər məsələlər barədə məlumatları toplayıb Azərbaycan xüsusi xidmət orqanlarına ötürüb.
Bildirilir ki, 2023-cü ilin sentyabrında erməni əhalisi Qarabağdan köçdükdən sonra o, Xankəndidə vəzifə təklifi alaraq, cinayətkar fəaliyyətini davam etdirərək şəhərdə həyat yoldaşının yanında qalıb. Qalstyan 2018-2023-cü illərdə Qarabağda müxtəlif oyuncaq “vəzifələr”də işləyib, o cümlədən separatçı qurumun qondarma “prezident administrasiyası rəhbərinin müavini olub”.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ