Onlayn ictimai-siyasi qəzet
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 37 kiloqram 770 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Musavat.com-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 8-də saat 23:30-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram narkotik vasitə aşkar olunub.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ