İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan xalq nağılları Türkiyədə geniş təbliğ olunacaq

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq çərçivəsində Türk dünyasının ortaq dəyəri olan nağıllarımızın təbliği layihəsi həyata keçirilməsinə başlanılıb.

Musavat.com xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Atatürk Mədəniyyət Mərkəzinin Türkiyədə mobil telefonlar üçün hazırladığı “Masal Masal Türkiyə” adlı türk nağılları proqramı, nağılların səsli ifası və onlara aid çəkilmiş cizgi filmlərinin nümayişi layihəsinə Azərbaycan nağıllarının da daxil edilməsi və bu istiqamətdə birgə layihənin həyata keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, “Masal Masal Türkiyə” adlı Türk nağılları proqramının Türk dünyası: Azərbaycan bölümü  hazırlanarkən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkyə türkcəsinə çevrilmiş və nəşr edilmiş “Azərbaycan masalları” adlı xalq nağıllarımızdan ibarət kitab əsas götürüləcəkdir.

Bundan başqa, Atatürk Mədəniyyət Mərkəzinin davam edən layihəsi olan uşaq və yeniyetmələr üçün “Türk masalları” adlı onlayn portalda “Türk dünyası nağılları” adlı bölüm yaratmaq və Azərbaycan bölümünə xalq nağıllarımızın mətninin, habelə audio versiyasının əlavə edilməsi razılaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR