İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə sabah İğdır-Naxçıvan qaz kəmərinin açılışı olacaq

Sabah İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasimi keçiriləcək.

Açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı baş tutacaq.

Azərbaycan və Türkiyə prezidentləri qaz kəmərinin açılışını videobağlantı vasitəsilə edəcək.

Qeyd edək ki, İğdır-Naxçıvan təbii qaz kəmərinin təməli 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.\\APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR