İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyə liderlərinin şəkillərini yayan güneylilər həbs edilir

 

İranda iki qardaş, Səid və Vahid Həsənzadə Təbrizdə həbs ediliblər.

Musavat.com bu barədə Gunaz.tv-yə istinadən bildirir.

Təbriz Prokurorluğundan ailələri ilə əlaqə saxlayan iki qardaş ETTALAAT İdarəsində sorğu-sual zamanı şiddətli döyülmə və işgəncələrə məruz qaldıqlarını bildiriblər.

 Fəallar İran İslam Respublikasının Güney Azərbaycanda milli oyanış dalğasının yayılmasından təşvişə düşdüyünü açıqlayıblar. Məlumata görə, bununla əlaqədar olaraq, təhlükəsizlik qüvvələri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın plakatlarını Güney Azərbaycan şəhərlərində çap edən, paylayan və quraşdıran şəxsləri müəyyən edib, həbs etməyə çalışır.

Xəbərlər göstərir ki, saxlanılan bəzi fəallar heç bir sübut olmadan və sırf fərziyyə əsasında həbs edilib və təhlükəsizlik təcridxanalarında döyülüblər.

Məlumata görə, hökumət qüvvələri plakatların asılmasında iştirak etməyən, həmin vaxt sadəcə yaxınlıqda olan şəxsləri də istintaqa cəlb edir.

Qeyd edək ki, Ərdəbilin livan əsilli cümə imamı Seyid Həsən Amulinin trollarının Türkiyə və Azərbaycan xalqlarını və bu iki türk dövlətinin prezidentlərini təhqir etməsindən sonra Azərbaycan Milli Hərəkatı milli fəalları Təbriz şəhərində İlham Əliyev və Ərdoğanın şəkilləri olan broşürlər yayaraq dəstək nümayiş etdirmişdilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR