İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və İsveçrənin XİN başçıları son erməni təxribatlarını müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İqnatsio Kassislə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Nazir Bayramov Ceyhun BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziir İqnatsio Kassis ilə görüşərək Azərbaycan-İsveçrə tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri və son erməni hərbi təxribatlarını müzakirə edib”, - xarici siyasət idarəsinin məlumatında bildirilib.

Ceyhun Bayramovun sosial şəbəkədə yazdığına görə, görüşdə regional təhlükəsizlik məsələlərinin müzakirəsi ilə yanaşı qanunsuz rejimin ləğvi və tərksilah edilməsinin vacibliyi vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR