Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələri liderləri Oksfordşirdə sammitə toplaşırlar.
Musavat.com xəbər verir ki, bu barədə Turan agentliyi məlumat yayıb.
Məlumatda deyilir:
- İyulun 18-də Blenheym sarayında (Böyük Britaniya, Oksfordşir) Avropa siyasi birliyinin dördüncü görüşündə qitənin hər yerindən liderlər bir araya gələcək.
Liderlər Ukraynaya gələcək dəstəyi, həmçinin energetika və rabitə, təhlükəsizlik və demokratiya, miqrasiya kimi ümumi problemləri müzakirə edəcəklər, Avropa İttifaqı Şurasının məlumatında deyilir.
Görüşə 47 dövlət və hökumət başçısı, o cümlədən Azərbaycan və Ermənistan rəhbərləri dəvət olunub.
Qeyri-rəsmi məlumatlara görə, sammit çərçivəsində Azərbaycan və Ermənistanın yüksək səviyyəli nümayəndələrinin görüşü olacaq.//Turan İnformasiya Agentliyi
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ