Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsində razılaşdırılmamış iki maddə ilə bağlı bəyanatları belə bir qənaət yaradır ki, sülh müqaviləsinin bağlanması nəzəri cəhətdən yaxın olsa da, sərhədlərin demarkasiyası ilə bağlı məsələlər çox güman ki, müqavilənin yaxın gələcəkdə bağlanmasını ləngidəcək.
Musavat.com-un məlumatına görə, bunu “Stratfor” analitik mərkəzi bildirib.
Eyni zamanda, analitik mərkəzin fikrincə, delimitasiya prosesi dayandırılarsa, ilin ikinci yarısında Ermənistan-Azərbaycan sərhədində gərginlik arta bilər.
Bununla belə, analitik mərkəzin fikrincə, yaxın gələcəkdə ciddi eskalasiya riski kifayət qədər aşağı səviyyədə qalacaq.
“Stratfor”un qeyd etdiyi kimi, tərəflər sülh müqaviləsinə daxil edilməyən məsələlərdə, məsələn, “regional dəhliz məsələsi və ya konstitusiyaya dəyişikliklər”lə bağlı fikir ayrılıqlarından da prosesin ləngiməsinə səbəb kimi istifadə edə bilərlər.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib ki, “sülh sazişi” ilə bağlı yeni heç nə yoxdur və layihənin 17 bəndindən 15-i razılaşdırılıb.
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ