İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri arasında planlaşdırılan növbəti görüş baş tutacaq. 

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi görüş zamanı məlumat verib.

Onun sözlərinə görə, üç ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşü Türkiyədə baş tutacaq.

Görüş zamanı regionun strateji əhəmiyyətli nəqliyyat və enerji layihələri, o cümlədən “Orta Dəhliz”, Bakı-Tbilisi-Erzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi kimi təşəbbüslərin rolu xüsusi vurğulanıb.

Nazirlər həmçinin bölgədəki təhlükəsizlik çağırışlarını və onların həlli üçün əməkdaşlıq imkanlarını müzakirə ediblər. Maka Boçorişvili Gürcüstanın Cənubi Qafqazda sabitlik və sülh prosesinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR