İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski 26 yaşlı İrinanı “Ukrayna Qəhrəmanı” adına layiq gördü - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiəsinə xidmət edən hərbçilər və mülki şəxslərin təltif olunması ilə bağlı yeni fərman imzalayıb.

Musavat.com xəbər verir ki, Zelenski xüsusilə döyüş həkimi və ictimai fəal İrina Tsıbuxu ölümündən sonra “Ukraynanın Qəhrəmanı” fəxri adı ilə təltif edib. Prezident onun adını vurğulayaraq, Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparan hər kəsi daim xatırlayacaqlarını bildirib:

“Biz Ukrayna uğrunda mübarizə aparan, insanlarımızı qoruyan hər kəsi xatırlayırıq. Ukraynalıların öz torpaqlarında yaşamaq haqqı şübhə altına alına bilməz.”

Zelenski həmçinin Ukraynanın sülh və təhlükəsizlik zəmanətlərinin, dövlətin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi üçün çalışdıqlarını vurğulayıb. O, Ukraynanı dəstəkləyən tərəfdaşlara və ölkənin gələcəyinə inanan bütün insanlara təşəkkür edib.

Musavat.com bildirir ki, İrina Tsıbux Ukraynada tanınmış döyüş həkimi və ictimai fəal idi. O, ölkəsinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fəal iştirak edib. Təəssüf ki, İrina Tsıbux bu mübarizə zamanı 26 yaşında həyatını itirib. Onun ölümü Ukrayna cəmiyyətində dərin kədər və hüznə səbəb olub. Tsıbuxun fədakarlığı və qəhrəmanlığı, Ukraynanın azadlığı uğrunda mübarizənin simvolu kimi yaddaşlarda qalacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR