Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində hələ də razılaşdırılmamış iki əsas məsələ qalır.
Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, İrəvan ötən gün Bakıdan sülh sazişinin yeni layihəsinə cavab alıb. O bildirib ki, sənədə artıq 12 dəfə düzəliş edilib və bu versiya Azərbaycanın əvvəlki təkliflərə reaksiyasını əks etdirir. Hazırda Ermənistan cavabı təhlil edərək, öz növbəti mövqeyini formalaşdırmağa çalışır.
Baş nazir vurğulayıb ki, sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi ilə bağlı razılıq əldə olunmayıb. Eyni zamanda, Bakı hələ də Ermənistanın kommunikasiyaların açılması ilə bağlı təklifinə rəsmi cavab verməyib.
Paşinyanın sözlərinə görə, İrəvan Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasına və Naxçıvana yüklərin tranzitinə dair razılıq gözləyir. Ermənistan isə öz növbəsində Yerasx-Mehri marşrutu üzrə dəmir yolu imkanları əldə etməyi planlaşdırır.
Musavat.com
27 Fevral 2025
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ