İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiyaya sonuncu xəbərdarlıq etdi, NÖVBƏTİ ADDIM – Tural Abbaslı ilə “Canlı debat”

Qarabağdakı qanunsuz erməni birləşmələrinin hərbi karvanının rus sülhməramlılarının müşayiəti altında hərəkət etməsinə dair video yayılıb.

Bu barədə “Caliber” nəşrinin yayımladığı 03.07.2023-cü il tarixili video və foto materiallarda rus sülhməramlılarının müşayiəti altında Ermənistana məxsus hərbi karvanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti əks olunub.
Nəşrin əldə etdiyi məlumata görə, kolonun əvvəlində Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir ədəd çadırlı “Ural” və su çəni olan bir ədəd “KamAZ”, sonda isə BTR-82A hərəkət edir.

Hərbi kolonla qanunsuz erməni silahlı birləşmələrinin postlarına ərzaq, su və sursat daşındığı bildirilib.

Azərbaycan Müdafiə Nazirliyi isə dünən növbəti dəfə Rusiya və Ermənistana xəbərdarlıq edib. Növbəti addım nə olacaq?

Bu və gündəmdəki xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın başqanı Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9-

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR