İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi

"Kəpəz" baş məşqçisi Adil Şükürov ilə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

"Kəpəz" Adil Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında geridə qalan 4 oyunun hamısında uduzaraq sonuncu yerdə qərarlaşıb. Adil Şükürov 2023-cü ilin noyabr ayından "Kəpəz"i çalışdırırdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR