İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Venesuelaya qarşı 3 hərbi ssenarini nəzərdən keçirir

Donald Trampın administrasiyası Venesuelaya qarşı üç müxtəlif hərbi əməliyyat planı hazırlayıb. Planların bəzilərində hətta Nikolas Maduronun məhvi ehtimalı da nəzərdən keçirilir.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Mənbələr bildirir ki, Tramp hələlik qərar verməyə tələsmir, çünki ABŞ hərbçilərinin həyatını riskə atmaq istəmir, lakin Venesuelanın nəhəng neft yataqlarına nəzarət əldə etmək ideyası ona cazibədar görünür.

Birinci ssenari: aviazərbələr

Bu plan Venesuelanın hərbi obyektlərinə hava hücumu nəzərdə tutur. ABŞ Ədliyyə Nazirliyi bu əməliyyat üçün hüquqi əsas hazırlayır – iddiaya görə, Maduro rejimi “Cartel de los Soles” adlı narkoterror şəbəkəsinin tərkib hissəsidir. Məqsəd Maduroya sadiq ordunun dəstəyini zəiflətmək və onun qaçışına şərait yaratmaqdır.

Lakin bəzi rəsmilər xəbərdarlıq edirlər ki, belə hücum əks effekt verərək ordunu Maduro ətrafında birləşdirə bilər.

İkinci ssenari: xüsusi təyinatlıların əməliyyatı

Bu variantda ABŞ xüsusi qüvvələrinin Maduronu ələ keçirməsi və ya aradan götürməsi planlaşdırılır. Xarici liderlərin öldürülməsinə qoyulan qadağa “narkoterrorçu” statusu arqumenti ilə formal olaraq dolana bilər.

Tramp administrasiyası həmçinin iddia edə bilər ki, Maduro seçkiləri saxtalaşdırdığı və oppozisiyanı zorakılıqla susdurduğu üçün qanuni prezident sayılmır.

Üçüncü ssenari: neft infrastrukturu üzərində nəzarət

Ən mürəkkəb plan antiterror qüvvələrinin Venesueladakı hava limanlarını və neft yataqlarını ələ keçirməsi ilə bağlıdır. Bu, ölkədə rejim dəyişikliyi ilə yanaşı, ABŞ-ın enerji maraqlarına da xidmət edəcək.

Risklər və daxili mübahisələr

Son iki ssenari xüsusilə əməliyyat şəhər mühitində aparılarsa, ABŞ hərbçiləri və dinc sakinlər üçün ciddi risklər daşıyır. Daha aqressiv yanaşmanı dövlət katibi Marko Rubio və Ağ Ev müşaviri Stiven Miller dəstəkləyir - onların fikrincə, “Maduro aradan götürülməlidir”.

Lakin müşavirlərdən bir çoxu Trampın seçki kampaniyasında “yeni müharibə başlamayacağı” barədə verdiyi vədi xatırladır. Tramp isə qərar verməzdən əvvəl əsas sualı qoyur: “ABŞ bunun müqabilində nə əldə edəcək?”

ABŞ hərbi hazırlığı

Hazırda Karib dənizinə doğru “Gerald Ford” adlı aviadaşıyıcı zərbə qrupu hərəkət edir. Onun tərkibində 5 min hərbçi və 75-dən çox döyüş və kəşfiyyat təyyarəsi, o cümlədən F/A-18 qırıcıları var. ABŞ-ın regionda, o cümlədən Puerto-Rikoda təxminən 10 min əsgəri yerləşdirilib.

Tramp CBS telekanalına açıqlamasında “Maduronun prezidentlik günlərinin sayılı olduğunu” deyib, lakin Venesuelaya hərbi zərbə endirib-endirməyəcəyi barədə danışmaqdan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR