Onlayn ictimai-siyasi qəzet
Ermənistan və Azərbaycan arasında münasibətlər hələ tam şəkildə tənzimlənməyib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskva şəhərində keçirilən MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin XIII görüşündən sonra açıqlama verib.
Şoyqu bildirib ki, Rusiya Cənubi Qafqazda sabitliyin qorunması və sülhün təmin olunmasında əsas rol oynayıb və oynamaqda davam edir.
“Əlbəttə ki, Azərbaycan və Ermənistan arasında tam həllini tapmamış məsələlər mövcuddur. Lakin Rusiya bu prosesdə mühüm rol oynayıb və bölgədə sülhün bərqərar olmasına əhəmiyyətli töhfə verib”, – deyə Şoyqu vurğulayıb.
O həmçinin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə Ermənistan ərazisindən keçməklə birləşdirə biləcək yol layihəsini müsbət qiymətləndirib. Lakin bəzi KİV-lərin bu marşrutu “Tramp yolu” adlandırmasını “ekzotik və əsassız” adlandırıb.
Şoyqu Cənubi Qafqazda kommunikasiyaların açılmasının və iqtisadi əməkdaşlığın genişlənməsinin sülh prosesinin davamı üçün vacib olduğunu bildirib.
Musavat.com
06 Noyabr 2025
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ