İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ordusu məşhur erməni qadın terrorçunu zərərsizləşdirib

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədənlərdən biri - erməni qadın terrorçu zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, Birinci Qarabağ Müharibəsində aktiv iştirak etmiş, Azərbaycan torpaqlarının işğal edilməsində mühüm rol oynamış Susanna Marqaryan Cermukda öldürülüb.

Bildirilir ki, Susanna Marqaryan Ermənistan müdafiə nazirinin müşaviri Razmik Petrosyanla birlikdə könüllü olaraq cəbhə xəttinə yollanmışdı.

Onun hansı şəraitdə və necə öldürülməsi açıqlanmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR