Onlayn ictimai-siyasi qəzet
Azərbaycan OPEC Fondu ilə tərəfdaşlığını daha da genişləndirmək barədə razılığa gəlib.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
Nazir bildirib ki, OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə səmərəli görüş keçirib: “COP29 Sədrliyinin enerji keçidini dəstəkləyən təşəbbüsləri barədə fikir mübadiləsi apardıq. Dənizdə külək enerjisinin inkişafı, “yaşıl enerji dəhlizləri” və “Masdar” şirkəti ilə həyata keçirilən 1 QVt gücündə külək-günəş enerjisi layihələri çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdik”.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ