İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Moldova nazirliklərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib - FOTO

Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyində Azərbaycan-Moldova nazirliklərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Musavat.com xəbər verir ki, görüşdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Xələf Xələfov və Moldova tərəfdən xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini (dövlət katibi) Ruslan Bolboçean arasında ikitərəfli münasibətlər, regiondakı vəziyyət, beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Moldova əməkdaşlığının gündəliyində duran aktual məsələlər müzakirə edilib, tərəflər son vaxtlar intensivləşən ikitərəfli siyasi dialoqu daha da inkişaf etdirməyə və gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər. Bu xüsusda, tərəflər hər iki ölkənin rəsmi şəxslərinin, o cümlədən yüksək səviyyəli qarşılıqlı səfərlərinin təşkilində maraq olduqlarını təsdiqləyib.

Bundan əlavə, həmsöhbətlər Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələr üzrə əməkdaşlığın təşviqi istiqamətində səylərin vacibliyini qeyd edib, qarşılıqlı fəaliyyət istiqamətləri sırasında xüsusilə enerji, iqtisadi-ticarət, kənd təsərrüfatı və investisiya sahələri vurğulanıb.

Bununla əlaqədar, Azərbaycan - Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti çərçivəsində, eləcə də yuxarıda qeyd olunan istiqamətlər üzrə gündəlikdə duran qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun daha da təşviq edilməsinin mümkünlüyü qeyd edilib.

Məsləhətləşmələrdə iştirak edən tərəflər suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təsdiq edərək regional təhlükəsizlik sahəsində vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər xüsusilə hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı əlaqələrə dair fikir mübadiləsi aparıb. Eyni zamanda, tərəflərin iki ölkə arasında BMT, Avropa Şurası, GUAM kimi beynəlxalq və regional platformalarda əməkdaşlığın gücləndirilməsində maraqlı olduqları təsdiqlənib".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR