Onlayn ictimai-siyasi qəzet
        Beynəlxalq onlayn ticarət platforması TEMU Azərbaycanın 1 manatlıq əskinasının dizaynında hazırlanmış dəsmalların satışına başlayıb.
Musavat.com xəbər verir ki, məhsul platformada müxtəlif ölçülərdə və fərqli qiymətlərdə təklif olunur. Dizaynında isə Azərbaycan manatının üzərindəki elementlərə bənzər təsvirlər yer alıb.
Sosial şəbəkə istifadəçiləri bu məhsulu görən kimi iki yerə bölünüb – bir qisim bunu maraqlı suvenir ideyası hesab edir, digərləri isə milli valyutanın bu şəkildə kommersiya məqsədilə istifadəsini yolverilməz sayır.
Məsələ ilə bağlı hələlik rəsmi qurumlardan açıqlama verilməyib.
Şahanə Rəhimli
Musavat.com
04 Noyabr 2025
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ