İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 16-cı iclasının gələn ilin əvvəlində Tehranda keçirilməsi planlaşdırılır.

Bunu “Report”a müsahibəsində İranın Azərbaycandakı səfiri Seyid Abbas Misəvi bildirib.

Xatırladaq ki, Komissiyanın 15-ci iclası bu ilin martında Bakıda keçirilib. İclasın yekununda iki ölkə arasında bir sıra sənədlər, o cümlədən İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR