İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimlərdə iştirak edirlər

Türkiyədə, Qars şəhərinin Sarıqamış bölgəsində “Qış hazırlığı-2023” təlimləri keçirilir.

BAKU.WS Anadolu-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçilərinin iştirak etdiyi “Qış hazırlığı-2023” təlimi Türkiyə tarixinin ən böyük təlimidir.

Birgə təlimdə, hava hücumu əməliyyatları, artilleriya batareyaları, minaatan qrupları, o cümlədən snayper qrupları, Xüsusi Təyinatlı Qüvvələrin komandanlığının şəxsi heyəti, komandolar və helikopterlər iştirak edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR