İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Musavat.com-un Report-a istinadla məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı polşalı Radoslav Marçinkieviçə qalib gəlib.

Bu, sərbəst güləşçilərin mundialda ilk medalı olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR