Onlayn ictimai-siyasi qəzet
Bu gün futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümə start verilib.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yevlaxda keçirilən “Karvan” - “Mingəçevir” matçında dava düşüb.
Buna səbəb “Karvan”ın kapitanı Müşfiq Teymurovun əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi olub. Nəticədə meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb.
Matçın baş hakimi bu davadan irəli gələrək üç futbolçuya qırmızı vərəqə göstərib. Bunlardan ikisi qonaqların, biri də meydan sahiblərinin “payına düşüb”.
Həmin anın görüntülərini təqdim edirik:
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ