İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Ermənistanın təxribatlarına cavab verməlidir” - İLGİNC DETALLAR

“Sülh danıqlarına ara verilməsindən sonra Ermənistanın şərti sərhədlərdə növbəti təxribatları beynəlxalq birliyi münaqişənin bitmədiyinə işarə olaraq dəyərləndirilə bilər”.

Bunu Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib.

qafar.png (544 KB)

Politoloqun sözlərinə görə, dünyada hələ də bir sıra məsələlərin durulmadığı dövrdə diqqətin Cənubi Qafqaza yönəldilməsi əsas məqsədlərdən biridir:

“Ermənistanın özündə sərhədlərimizə atəş açılmasının necə təhlükəli bir addım olduğunu anlayırlar. Hakimiyyətdə olanların bəziləri Nikol Paşinyanın sülh təşəbbüslərinin nəticə verməməsi üçün bu addımın ona qarşı olan eskalasiyanı artırmaq istədiklərini deyirlər. Amma Paşinyanın iradəsindən kənar belə gərginliyin olması mümkün deyil”.

Qafar Çaxmaqlı hesab edir ki, son zamanlar Paşinyanın komandasından olan şəxslərin ATƏT-in Minsk qrupu ilə bağlı verdikləri bəyanatlar da göstərir ki, Ermənistan bu qrupun ləğvinə çalışmayacaq:

“Sülh prosesində razılaşdırılmamış məqamlardan biri budur. Paşinyanın parlamentdə suallara cavab verərkən də Minsk qrupunun yeganə beynəlxalq qurum olduğuna işarə vardı. Əlbəttə, Azərbaycan Ermənistanın belə təxribatlarına cavab verməlidir. Sərhəddə açıq eskalasiya kimə sərf edər?

Hesab edirəm ki, indiki halda burada gərginliyin artması heç bir tərəfə sərf etməzdi. Dünyada gedən proseslərin fonunda Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək tədbirlərini artırmalıdır”.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR