İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Duz İstehsalat Birliyi beynəlxalq sertifikatlara sahibdir

Azərbaycan Duz İstehsalat Birliyinin məhsulları “AzərDuz”, “Salute”, “Bizim Duz”, “Alfa” markaları adı altında bazara təqdim edilir. Adı çəkilən markalar İtaliya, Almaniya, Türkiyə kimi ölkələrdən gətirilmiş ən son texnoloji avadanlıqlar ilə təchiz edilən Masazır Duz Zavodunda istehsal olunur və qablaşdırılır.

Məhsullar ölkədaxili tələbatı ödəməklə yanaşı Rusiya, Qazaxıstan, Gürcüstan, və digər ölkələrə də ixrac olunur.

İstifadəyə verildiyi ilk gündən daim yenilik və tərəqqi axtarışında olan, eləcə də yeni sistem və layihələr üzərində çalışan Azərbaycan Duz İstehsalat Birliyi bir çox beynəlxalq sertifikatlara layiq görülüb. TS EN ISO 9001-2015, Uyğunluq Sertifikatı, Gigiyenik Sertifikat, Kosher və digər sertifikatların adını qeyd etmək olar.

Həmçinin müəssisə fəaliyyətə başladığı gündən etibarən daim ətraf kəndlərdə yaşayan aztəminatlı ailələrə dəstək və yardım göstərməkdədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR