İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı

Ölkəmizdə səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları iki dost ölkə arasındakı münasibətlərin sıxlığının və yaxınlığının təcəssümüdür. Məhz Azərbaycan və Belarus xalqları arasında uzun illər mövcud olmuş dostluq münasibətləri, dövlət başçılarının qarşılıqlı səfərləri, ölkələrimizin birgə əməkdaşlığı kontekstində daha da güclənmişdir.

Məhz Ali qonağın öz çıxışında xalqlarımız arasındakı dostluq, ölkələrimiz arasındakı mehriban münasibətlərə toxunmaqla bərabər Azərbaycanın Cənubi Qafqazın lideri olaraq, buradakı sabitliyin və təhlükəsizliyin qarantı hesab olunmasını bir daha dilə gətirməsi, bu gün ölkəmizin dünyada artan qüdrətinin nəticəsidir.

Ölkə prezidentlərinin keçirdikləri rəsmi görüşlərdən, sənədlərin imzalanması və bəyanatlarla çıxışlarından sonra birlikdə Füzuli və Şuşa şəhərlərinə səfərləri olduqca vacib hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevlə birlikdə istər Belarusiya başçısı, istərsə də başqa ölkələrin liderlərinin uzun illər işğal altında qalmış ərazilərə səfərlər etməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu səfərlər zamanı liderlər Ermənistanın əzəli və əbədi torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində törətdiyi faciələr barədə geniş məlumat verilir, fəlakətlərin qalıqlarının şahidi olurlar. Təbii ki, Ermənistanın həyata keçirdiyi terrorun ağrılı üzünü, törətdiyi vandallığın qalıqları ilə tanış olanlar heyrətlərini gizlədə bilmirlər.

Dünən Belarusiya Liderinin Füzuli və Şuşa şəhərinə zamanı Füzulidə və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş faciələrlə daha yaxından tanış oldular və barbarlıq aktları Ali qonağın diqqətinə çatdırıldı. Ermənilərin işğal dövrünü soyqırım, terror və dağıntılarla bərabər həm də barbarlıqda ehtiva olunmasının şahidi oldular.

Səfər zamanı cənab İlham Əliyev və cənab Aleksandr Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin heykəllərinə baxdılar. Hansı ki, bu heykəllər öz tarixiliyi ilə bərabər ermənilər tərəfindən törədilmiş vandallığın əsas izlərini daşıyırlar. Heykəllərin, abidələrin gülləbaran olunması, tarixi memarlığa qarşı bu cür dağıdıcı münasibət yalnız ermənilərin nifrətinin göstəricisi ola bilər. Məhz “Xan qızı”nın heykəli ilə bərabər Azərbaycan sənətkarlarının abidələrinə tutulmuş bu divanın səbəbi bu abidələrin məxsus olduğu xalqa nifrətdən başqa bir şey ola bilməz. Natəvanın heykəlinin Fransada terrora məruz qalması, baş verənlərin qarşısında bu ölkənin aidiyyəti qurumlarının susması da məhz Fransanın apardığı antiazərbaycan siyasətinin nəticəsidir. Ali qonağın Şuşada gülləbaran edilmiş abidələrə baxan zaman dediyi kimi: “İkonalara və heykəllərə atəş açanlar vəhşidirlər”

Liderlərin dünənki səfəri zamanı həm də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 4 ildən də az vaxt keçməsinə baxmayaraq, aparılmış genişmiqyaslı abadlıq - quruculuq işləri ilə yaxından tanış olurlar. Səfər zamanı Füzuli şəhərində tikilmiş Beynəlxalq Aeroportdan başlayan bu yol daha sonra, şəhərin Baş planının tanışlığı ilə və görülən işlər barədə məlumatların verilməsi ilə davam etdi. Daha sonra liderlər Şuşa şəhərini ziyarət edərək, şəhərdə görülən abadlıq və quruculuq işləri barədə məlumatlandırıldılar. Prezident İlham Əliyevlə birlikdə Ali qonaq Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə tanış oldular. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucu olmaqla bərabər ölkəmizlə Belarusiya arasında münasibətlərin qurulmasına xüsusi önəm vermiş, iki dövlətin bugünkü səviyyədə əməkdaşlıq münasibətinə zəmin hazırlamışdır.

Səfər zamanı Azərbaycan və Belarusiyanın birgə istehsal olunan avtobuslarına baxış keçirildi. Dövlətlərimiz arasında bütün sahələrdə xüsusilə də kənd təsərrüfatında, müasir şəhər və aqroşəhərciklərin qurulmasında səmərəli əlaqalərin davam etməsi həm də iki ölkə arasındakı isti münasibətlərə xüsusi töhfə verəcəkdir. İşğaldan azad olunmuş ərazilərdə Belarusiya şirkətlərinin dəvət olunması və onların müasir təcrübələrindən səmərəli istifadə olunması iqtisadi, ticari əlaqələrə geniş töhfə verəcəkdir.
Bu gün Belarusiya Parlamenti ilə ölkəmizin qanunverici orqanı arasında parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. İkitərəfli və beynəlxalq parlament təşkilatlarında qarşılıqlı əlaqələr hər iki dövlətin maraqlarına uyğundur.

Adil_Eliyev (5).jpg (387 KB)

Adil Əliyev,
Vitse-spiker

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR