Onlayn ictimai-siyasi qəzet
Azərbaycan I Liqasında XII turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Karvan" Yevlaxda "Zaqatala"nı qəbul edib.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın sonunda - 88-ci dəqiqədə insident yaşanıb.
Hesabda öndə olduqları zaman qonaqların futbolçusu yerə yıxılıb. Bu da Yevlax təmsilçisinin xoşuna gəlməyib.
Nəticədə ona etiraz edərək, vaxtı uzatmamasını istəyiblər. Bu zaman ara qarışıb.
"Karvan"ın hücumçusu Ruslan Voronsov çiyniylə rəqib oyunçuya zərbə endirib. Bundan sonra vəziyyət bir qədər də gərginləşib.
Onları çətinliklə sakitləşdirmək mümkün olub. Voronsov isə etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu, oyundakı ilk insident olmayıb. "Zaqatala"nın vurduğu ikinci qoldan sonra tərəflər arasında mübahisə yaşanıb. A
ncaq oyunu idarə edən Əli Əliyev yalnız qonaqlardan Steyn Essononuya "qırmızı" göstərib.
Xallarını 16-ya yüksəldən "Zaqatala" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 18 xalı olan "Karvan" isə 6-cı yerdədir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ