Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) noyabrın 7-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Omanın paytaxtı Muskat şəhərində keçirilən 10-cu Qurultayında Direktorlar Şurasına keçirilən seçkilərdə təmsil olunub.
XRİTDX-dən Musavat.com-a verilən məlumata görə, seçkilərdə iştirak edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov növbəti dəfə ikiillik müddətə Direktorlar Şurasının üzvü seçilib.
Qurultayda Azərbaycanın ötən illərdə Direktorlar Şurasının üzvü kimi aktiv və məhsuldar fəaliyyəti, onun həm əməkdaşlıq baxımından, həm də idarə heyətinin təmsilçisi olaraq sahənin və digər üzv ölkə CERT-lərinin inkişafına dəstəyi, o cümlədən 2017-ci ildə İƏT ölkələri CERT-lərinin beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməsi yüksək qiymətləndirilib.
2013-cü ildən İƏT CERT təşkilatının tamhüquqlu üzvü olan CERT.GOV.AZ 2016-cı ildə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən İƏT CERT-lərinin 8-ci Qurultayından Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.
Qurultayda üzv ölkələrdən alınan təkliflər dəyərləndirildikdən sonra İƏT CERT-lərin növbəti - 2023-cü il Beynəlxalq Konfransı üçün ev sahibi kimi Birləşmiş Ərəb Əmirliyi seçilib.
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ