İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan birbaşa Göyçə gölünə çıxış əldə edəcək - Poqosyandan iddia

Ermənistandakı mövcud rejimin başçısı açıq şəkildə bəyan edir ki, o, Tavuş rayonunun 4 kəndini (?!-M.) Azərbaycana verməyə hazırlaşır.

Musavat.com bildirir ki, bu sərsəm iddianı Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəhbəri, Ermənistanın Milli Birlik partiyasının sədri Mihran Poqosyan Azərbaycanın Qazax rayonunun 4 kəndinin qaytarılması zərurətindən danışan Nikol Paşinyanın mövqeyinə cavabında deyib.

“Daha bir məkrli sui-qəsd hazırlanır. Gözümüzün qabağında Ermənistanın əraziləri düşmənə təslim olur. Bu güzəşt nəticəsində Üçüncü Ordu Korpusunun müdafiə xətti yox olacaq. Və bu yalnız başlanğıc olacaq. Azərbaycanın bundan sonrakı hərəkətlərinin məntiqini anlamaq çətin deyil.

İndiki Ermənistan rejiminin rəhbərinin Azərbaycana növbəti hədiyyəsi Qeqarkunik rayonunun iki kəndi olacaq ki, bunun nəticəsində düşmən birbaşa Sevan (Göyçə-M.) gölünə çıxış əldə edəcək. Bu gün hamımızın başına gələn fəlakət dövlətçiliyin itirilməsi deməkdir”, - deyə Poqosyan ardınca bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR