İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avroviziyaya getməkdən imtina etdi - Səbəb

"Avroviziya"nın ölkəmizdəki rəsmi yayımçısı İctimai TV bu il keçiriləcək 22-ci "Uşaq Avroviziya" mahnı müsabiqəsində Azərbaycanın iştirak etməyəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, kanaldan bu barədə rəsmi məlumat verilib.

"Ölkəmizdə müsabiqəyə marağın az olması, əvvəlki illərdə iştirak zamanı çəkilən xərclərin və reytinq nəticələrinin gözlənilən nəticəni verməməsi səbəbindən, bu il müsabiqədə iştirak etməmək qərara alınıb. Gələcəkdə uyğun namizəd olduğu təqdirdə, iştirakla bağlı planlar yenidən nəzərdən keçirilə bilər", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, müsabiqə 16 noyabr tarixində İspaniyanın Madrid şəhərində baş tutacaq.

Xatırladaq ki, Azərbaycan "Uşaq Avroviziya" mahnı müsabiqəsində son dəfə 2021-ci ildə iştirak edib və Sona Əzizovanın ifasında "One of Those Days" mahnısı ilə 5-ci yerə layiq görülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR