İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Badamov: “İran Azərbaycana nəyi necə etməyi ilə bağlı göstər verməməlidir”

Milli Məclisin iclasında çıxış edən deputat Azər Badamov İranın anti-Azərbaycan siyasətinə etiraz olaraq bildirdi ki, İran islam dini pərdəsi altında özlərinin riyakar niyyətlərini reallaşdırmağa çalışır. Deputatın sözlərinə görə, belə olmasaydı, islam dininə yüksək dəyər verən Azərbaycana qarşı düşmən siyasətini yürütməzdi.

“Əgər İran özünü islam respublikası adlandırırsa, nə üçün islam dininin dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona dəstək göstərir?” - deyə deputat sual edib. A.Badamov bildirib ki, İran Azərbaycana nəyi necə etməyi ilə bağlı göstər verməməlidir. “Ölkəmiz müstəqildir, dünyanın istənilən ölkəsi ilə milli maraqlara uyğun əməkdaşlıq qurur, diplomatik münasibətləri inkişaf etdirir. Yaxşı olardı ki, İran parlamenti özünün anti-islam və xəyanətkar əməllərindən əl çəksin. İran deputatları islam dinin düşməni olan Ermənistanla qucaqlaşıb öpüşməyin əvəzinə, Azərbaycanda islam dini dəyərlərinə qarşı törədilmiş terrora görə Ermənistanı qınamağa çağırış edən məsələni müzakirə etsin. O zaman müsəlman dünyası da İranın islam dini dəyərlərinə səmimi olduğunu görər” , - deyə A.Badamov bildirib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR